Bu barədə APA Türkiyənin «Airport Haber» portalına istinadən məlumat verib.
Bu gün sabah saat 08:00 radələrində sərhəd polisinin istifadə etdiyi POLNET sistemində meydana çıxan problem nəticəsində pasportların yoxlanılması dayanıb. Nəticədə çox sayda xarici uçuşlarda gecikmələr yaşanır.
Hazırda polis və Dövlət Hava Meydanları İdarəsi problemin aradan qaldırılması istiqamətində işləyir.