Bakı-APA. Əfqanıstanın paytaxtı Kabilin Şəhre-Nau rayonunda və şəhər ətrafında polislərlə yaraqlılar arasında atışma gedir. Atışma zonası polislər
tərəfindən mühasirəyə alınıb.
APA-nın məlumatına görə, atışma nəticəsində iki polis qətlə yetirilib, həmçinin 2 silahlı da məhv edilib.
Dünən Kabildə iki partlayış baş verib. Partlayışlardan biri Milli təhlükəsizlik üzrə Baş idarənin, digər isə Beynəlxalq Miqrasiya təşkilatının (BMiT) binaları qarşısında törədilib. Partlayış nəticəsində BMiT əməkdaşları olan bir neçə nəfər yaralanıb. Daha sonra silahlılar BMiT binasını ələ keçiriblər. Hazırkı atışma həmin partlayışların davamıdır.