Bank Of Baku

Kabildə Əfqan ordusunun maşın karvanına hücum edilib

Kabildə Əfqan ordusunun maşın karvanına hücum edilib
# 05 yanvar 2014 00:28 (UTC +04:00)

Bakı-APA. Kabilin mərkəzində, Almaniya səfirliyi və hərbi bazanın yaxınlığında Əfqan ordusunun maşın karvanına hücum edilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın paytaxtı Kabilin diplomatik rayonunda güclü partlayış baş verib.  Partlayış bazanın girişi yaxınlığında törədilib. Ölən və yaralananlar barədə məlumat verilmir.   

 

Hadisə yerinə NATO hərbçiləri cəlb olunub.

 

Son məlumata görə, partlayış nəticəsində  ölən yoxdur. Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR