Bakı-APA. Əfqanıstanın paytaxtında minalanmış yük maşını partladılıb.
APA-nın Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, yük maşını əsasən əcnəbi vətəndaşların qaldığı “Northgate” hotelinin qarşısında partladılıb.
Partlayışdan sonra 4 silahlı hotelə hücum etməyə cəhd edib. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.
İnsidentə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
***
01:47
Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışdan əvvəl paytaxtda elektrik enerjisi qəflətən kəsilib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.