Bakı-APA. Əfqanıstanın paytaxtında ilk dəfə olaraq qadın rayon polis idarəsinin rəisi vəzifəsinə təyinat alıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Əfqanıstan DİN-in rəsmi nümayəndəsinin açıqlamasına əsasən, Cəlema Bayaz adlı asayiş keşikçisinin qeyd olunan vəzifəyə təyinatı onu göstərir ki, hökumət qadınların polis orqanlarında rolunu yüksək qiymətləndirir.
Qeyd edək ki ki, ötən ilin sentyabrında Gilmənd əyalətində 2, daha 1 qadın asayiş keşikçisi isə dekabrda Uruzqan əyalətində qətlə yetirilib.