APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərdən 13-ü xarici ölkə vətəndaşı, 8-i isə yerli vətəndaşdır.
Terror nəticəsində 4 BMT əməkdaşı və Beynəlxalq Valyuta Fondunun Əfqanıstandakı nümayəndəsi, 60 yaşlı Livan vətəndaşı Babel Abdulla da ölüb. B. Abdulla 2001-ci ildən bəri Əfqanıstanda öldürülən ən yüksək vəzifəli əcnəbilərdən biridir. BFV rəhbəri Kristin Laqard onun ölümünü bütün BFV əməkdaşları üçün faciəvi olay olduğunu söyləyib. BMT baş katibi Pan Gi Mun isə terror aktını kəskin şəkildə pisləyib.
Xatırladaq ki, 17 yanvar gecəsi terrorçu-kamikadze Kabildəki “Taverna du Liban” restoranının girişində partlayış törədib. Daha iki terrorçu içəri girməyə cəhd göstərərkən mühafizəçilər tərəfindən güllələnib. Olayı Taliban öz üzərinə götürüb.