Bank Of Baku

Kabulda baş verən partlayış nəticəsində koalisiya qüvvələrinin üç döyüşçüsü həlak olub

Kabulda baş verən partlayış nəticəsində koalisiya qüvvələrinin üç döyüşçüsü həlak olub
# 27 dekabr 2013 14:47 (UTC +04:00)

Bakı - APA. Əfqanıstan paytaxtında içinə bomba yerləşdirilmiş avtomobilin terrorçu-kamikadze tərəfindən partladılması nəticəsində koalisiya qüvvələrinin üç döyüşçüsü həlak olub.

 

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə NATO-nun Əfqanıstandakı missiyasının rəhbərliyi açıqlama yayıb.

 

Həlak olanların hansı ölkənin vətəndaşı olması barədə məlumat verilmir. NATO-nun “Kemp Feniks” hərbi bazası yaxınlığında baş verən partlayış nəticəsində altı yerli sakin də xəsarət alıb. Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR