Bakı-APA. İraqın Kərkük şəhərində içərisində bomba olan iki avtomobilin partlaması nəticəsində ilkin məlumatlara görə 8 nəfər ölüb, 17 nəfər isə yaralanıb.
APA-nın məlumatına görə, birinci avtomobil daha çox ərəblərin yaşadığı Həzra məhəlləsində partladılıb.
Bu partlayışdan 20 dəqiqə sonra Tisin polis məntəqəsinin yaxınlığında daha bir avtomobil partladılıb.
İlkin məlumatlara görə, iki partlayış nəticəsində 8 nəfər həlak olub, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.