Bakı. Real Cəfərli - APA. “İranla ortaq bir məxrəcə gələnədək nüvə müzakirələri davam etdirilməlidir”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Vaşinqtonda Vudro Vilson Universitetində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İranın nüvə məsələsinin diplomatik yolla həlli rəsmi Tehranla qarşılıqlı anlaşma və dialoqun davam etdirilməsindən asılıdır: “Altılıq” ölkələri İran nüvə məsələsinin diplomatik yolla həlli üçün bütün səylərini davam etdirəcək. Hər iki tərəfin də qarşılıqlı hörmət və etimad mühiti meydana gətirərək, bu məsələnin həll edilməsi istiqamətində addım atması lazımdır”. olduğunu ifadə etdi.
K.Eşton deyib ki, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrindən məmnundur: “Cenevrə görüşü İranın mövqeyinin öyrənilməsi və “altılıq” ölkələrinin mövqeyini açıqlaması üçün çox yaxşı fürsət oldu. İranın xarici işlər naziri diqqətlə ölkəsinin nüvə məsələsinin həll edilməsi prosesini təqib edir. İran XİN rəhbəri “altılıq” ölkələrinin Tehrandan gözləntilərini və qarşılığında İranın bu qrupdan tələblərini çox yaxşı bilir. İran nümayəndə heyəti də nüvə müzakirələrini ciddi şəkildə təqib edir”.