Bank Of Baku

Koalisiya aviasiyası Mosulda Dəclə çayı üzərindəki sonuncu körpünü dağıdıb

Koalisiya aviasiyası Mosulda Dəclə çayı üzərindəki sonuncu körpünü dağıdıb
# 25 noyabr 2016 03:55 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus aviasiya ötən gün İraqın Mosul şəhərindən keçən  Dəclə çayı üzərindəki sonuncu körpünü dağıdıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə İraq ordusunun baş qərargahından bildirilib.

 

Məlumata görə, koalisiya qüvvələri şəhərin şərq və qərb hissələrini birləşdirən, “Əl-Ətik” adı ilə tanınan, dəmir körpünü uçurublar.  Bundan əvvəlki günlərdə təyyarələr çay üzərindəki digər dörd körpünü uçurublar.   

 

Mənbənin sözlərinə görə, sonuncu körpünün partladılması ilə terrorçuların silah-sursat və canlı qüvvə ilə təminatı  tamamilə kəsilmiş olub.

 

Qeyd edək ki, Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatı oktyabrın 17-dən davam edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR