APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, seçkilərdə əsasən tayfaların nümayəndələri və Küveyt əmirinə yaxın olan namizədlər qalib gəliblər. Şiələrin təmsilçiləri isə 50 yerlik parlamentdə yalnız 8 deputat mandatını qazana biliblər. Seçicilərin fəallığı 52 faiz təşkil edib. Müxalifət seçkiləri boykot edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında keçirilən parlament seçkilərdən sonra müxalif Milli Demokratik Alyans Partiyası seçkilərin nəticələrini tanımayaraq, parlamentin işində iştirakdan imtina edib. Bundan sonra, hakimiyyət seçki qanunvericiliyinə dəyişiklik edərək, seçkilərin yenidən keçirilməsinə dair qərar çıxarıb. Əsas dəyişikliklər ondan ibarətdir ki, əgər əvvəllər seçici dörd namizədə səs verə bilirdisə, bundan sonra yalnız bir nəfərə səs verməyə icazə verilir.