Bakı-APA. Livan ordusu silahlı islamçıların qiyamının yatıraraq Beyrutdan 40 km cənubda yerləşən Sayda şəhərinə nəzarəti ələ keçirib. Bu barədə ordu komandanı general Jan Kahveçi məlumat verib.
Silahlılarla döyüşdə 16 hərbçi həlak olub, 100-dən çoxu isə yaralanıb.
Onlarla silahlı təslim olsa da, qiyamçıların lideri şeyx Əhməd əl Əsir gizlənə bilib.
Qeyd edək ki, qiyamı sələfi təriqətinin üzvləri qaldırmışdılar.