Bank Of Baku

Livan Suriya tərəfdən təkrarlanacaq zərbəyə cavab verəcəyini vəd edib

Livan Suriya tərəfdən təkrarlanacaq zərbəyə cavab verəcəyini vəd edib
# 13 iyun 2013 03:55 (UTC +04:00)

Bakı-APA. Livan ordusu Suriya tərəfdən ölkə ərazisinə zərbələrin təkrarlanacağı təqdirdə dərhal    cavab verəcəyini vəd edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bölgədə dislokasiya olunmuş hərbi birləşmələrdə bu cür pozuntuya dərhal cavab vermək üçün müvafiq  müdafiə tədbirləri görülüb.  

 

Qeyd edək ki, ötən gün Livan bəyan edib ki, Suriyaya məxsus hərbi helikopter sərhəd bölgəsində yerləşən Arsal şəhərinə raket zərbəsi endirib. Raketlərdən biri şəhər meydanına tuş gəlib, nəticədə bir neçə insan xəsarət alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR