Bank Of Baku

Livanda parlament seçkiləri keçirilir

Livanda parlament seçkiləri keçirilir
# 06 may 2018 08:28 (UTC +04:00)

Bu gün Livanda parlament seçkiləri keçirilir.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.

 

Seçkilərdə 128 yerin olduğu parlament uğrunda 976 namizəd mübarizə aparır.  Özünəməxsus məqam isə odur ki, Livanda parlamentdə yerlər 11 etnik-dini qrup arasında bölünüb. Məsələn, parlamentdə sünni müsəlmanlar və şiə müsəlmanların hər biri üçün 27, xristianlar üçün isə 37 yer ayrılıb. Digər tərəfdən, Livan sakinləri 2009-cu ildən sonra ilk dəfə parlament seçkilərində səs verirlər. Çünki hazırkı parlament ölkədəki qeyri-stabil siyasi vəziyyəti əsas gətirərək üç dəfə öz səlahiyyət müddətini uzadıb.

 

Seçki ilə bağlı ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR