Bakı-APA. Beyrutun cənubundakı Dahiyə rayonunda güclü partlayış törədilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra hadisə yerində güclü yanğın baş verib.
Partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
“Röyters” agentliyinin verdiyi xəbərə görə, partlayış Livanın “Hizbullah” hərəkatına məxsus binanın yaxınlığında baş verib.