APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Ali Mədəni İnqilab Şurasındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, M. Əhmədinejadın rəhbərliyi altında keçirilən şuranın son iclasında qurum üzvləri İran prezidentinin yeni bir ali təhsil müəssisəsi açmasını prinsipcə təsdiqləyiblər. Ancaq İran qanunlarına görə, M. Əhmədinejadın təsis edəcəyi universitetin istiqamətlərinin təyin edilməsi və İran Ali Mədəni İnqilab Şurası tərəfindən təsdiqlənməsi lazımdır. Eyni zamanda M. Əhmədinejad İran Elm Nazirliyinin tabelində olan ali təhsil müəssisələrindən birinə rəhbərlik edərsə, həmin universitetin nizamnaməsi də İran Ali Mədəni İnqilab Şurası tərəfindən təsdiqlənməlidir.
M. Əhmədinejadın açacağı ali təhsil müəssisəsi xüsusi universitet olacağı təqdirdə isə İranın yeni prezidentinin rəhbərliyi altında toplanacaq İran Ali Mədəni İnqilab Şurasının iclasında müzakirə edilməlidir.