Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad xalqla vida mərasimi keçirəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, M.Əhmədinejad bildirib ki, İran xalqı ilə vidalaşmaq üçün bəzi proqramları var və bunu yaxın günlərdə açıqlayacaq.
Qeyd edək ki, M.Əhmədinejad 2005 və 2009-cu illərdə seçilməklə 8 il İran prezidenti olub. İran Konstitusiyasına görə, bir şəxsin ard-arda üçüncü dəfə prezident seçkilərində iştirak etmək hüququ olmadığından, M.Əhmədinejad bu il iyunun 14-də keçirilən seçkilərə qatılmayıb.
Prezident səlahiyyətlərinin icrası avqustun 3-də başa çatacaq M.Əhmədinejad öz yerini İranın yeni prezidenti Həsən Ruhaniyə buraxacaq.