Bank Of Baku

Mahmud Əhmədinejadın qudası prezidentliyə namizədliyinin qeydə alınmamasını ədalətsizlik sayır

Mahmud Əhmədinejadın qudası prezidentliyə namizədliyinin qeydə alınmamasını ədalətsizlik sayır
# 22 may 2013 07:02 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran prezidentinin qudası İsfəndiyar Rəhim Məşayi ölkə prezidentliyinə namizədliyinin qeydiyyata alınmamasından narazı qalıb.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İ. Məşayi bildirib ki, İran Konstitusiyasına Nəzarət Şurasının (Şura-ye Negəhban) namizədliyini rədd etməsi ədalətsizlikdir: “Mən İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyi vasitəsilə bu məsələnin arxasınca düşəcəyəm. Hazırda bununla bağlı düşünürəm və tezliklə bir qərara gələcəyəm. İnşallah, problem həllini tapacaq”.

 

Qeyd edək ki, İ. Məşayinin seçki bürosu da bəyanat yayaraq İran prezidenti və ali dini liderinin məsələyə müdaxilə etməsini istəyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR