Bank Of Baku

Malayziya sahillərində gəmi batıb, 15 nəfər itkin düşüb

Malayziya sahillərində gəmi batıb, 15 nəfər itkin düşüb
# 21 fevral 2016 09:26 (UTC +04:00)

Bakı – APA. Malayziya sahillərində göyərtəsində 15 nəfər olan balıqçı gəmisi batıb.

 

APA-nın “The Star” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Lanqkavi arxipelaqının Pulay Payar adası yaxınlığında fevralın 20-də baş verib. Axtarışlara xilasetmə gəmiləri, polis katerləri və bir neçə balıqçı gəmisi cəlb olunub.

 

Hamısı yerli sakin olan balıqçıların taleyi barədə hələlik heç bir məlumat yoxdur.

 

Gəminin hansı səbəbdən batdığı da məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR