Bank Of Baku

Mehdi Kərrubinin həyat yoldaşı etiraz məktubu yazıb

Mehdi Kərrubinin həyat yoldaşı etiraz məktubu yazıb
# 24 iyul 2013 08:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərindən sonra həbsə alınaraq üç ilə yaxındır ev dustaqlığında saxlanılan ölkə müxalifətinin liderlərindən biri olan Mehdi Kərrubinin həyat yoldaşı Fatimə Kərrubi İslam Motəlifə Partiyasının tanınmış üzvlərindən olan Həbibullah Əsgəroladiyə etiraz məktubu yazıb.

 

APA-nın “Səhamnews” xəbər saytına istinadən verdiyi məlumata görə, buna səbəb H. Əsgəroladinin ölkə müxalifətinin liderləri olan Mirhüseyn Musəvi və M. Kərrubinin ev dustaqlığının aradan qaldırılması üçün ilkin şərt kimi tövbə etmələrinin zəruriliyi barədə çıxış etməsidir.

F. Kərrubinin məktubunda bildirilir ki, 2009-cu il hadisələrinə İran Konstitusiyasına Nəzarət Şurasının katibi, icraçılar və əsl münsiflər heyəti kimi xalq müzakirələr kontekstində qiymət verə bilər.

 

F. Kərrubi M. Musəvi və M. Kərrubinin ev dustaqlığı məsələsi ilə bağlı bunları qeyd edib: “Mən məktubumda hüquq və əxlaqdan danışmıram. Bu iki əziz şəxsə özünü müdafiə etmək haqqı tanımadan hakimsiz fərzi məhkəmə quraraq cəzalandırmaq və 30 ay ev şəraitində həbsdə qaldıqdan sonra azadlığa buraxılmaq üçün tövbəyə çağırmaq kişilik deyil?”

 

O, məktubunun sonunda H. Əsgəroladiyə hadisələri başqa məcraya yönəltməməyi təklif edib: “Çünki bu cür davranışlar sizə yaraşan deyil. Ondansa qabağa düşərək Fitrə bayramında 2009-cu il mübahisəli prezident seçkilərinə etiraz əlaməti olaraq keçirilmiş aksiyalarda günahkar sayılan şəxslərin İran Konstitusiyasına Nəzarət Şurasının katibi, Ayətullah Əhməd Cənnəti ilə fikir mübadiləsi aparmasına şərait yaratın. Xalqımız da bir münsiflər heyəti formalaşdıraraq bu milli məsələni araşdırsın”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR