Merkel: “Avropa İttifaqı Suriyada təhlükəsizlik zonasının yaradılmasını dəstəkləyir”

Merkel: “Avropa İttifaqı Suriyada təhlükəsizlik zonasının yaradılmasını dəstəkləyir”
# 20 fevral 2016 03:30 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqına üzv ölkələrin liderləri Suriyada təhlükəsizlik zonasının yaradılması təklifini dəstəkləyir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın kansleri Angela Merkel Brüsseldə, Aİ-nın sammitində bəyan edib.

“Biz dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün bufer zonalarının danışıqlar yolu ilə müəyyən edilməsinin tərəfdarıyıq”, deyə A.Merkel bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Suriya üzərində uçuşlardan azad zonanın yaradılması Almaniyanın deyil, rəsmi Ankaranın təşəbbüsüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR