Bakı-APA. Sinay yarımadasında yerləşən Əl-Ariş şəhərində silahlıların hücumları nəticəsində 5 hərbçi öldürülüb, 4-ü isə yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhərin Sakr və As Səfa rayonlarında növbə çəkən nəzarət-buraxılış məntəqələri yaraqlıların hücumuna məruz qalıb.
Qeyd edək ki, Sinay yarımadasında son zamanlar, demək olar ki, hər gün hərbçilərə və polislərə hücum edilir. Məhəmməd Mursi hakimiyyətdən devrildikdən bu günədək Sinayda 40-dək insan qətlə yetirilib.