Bank Of Baku

Möhsün Rzayi: “Prezident seçilsəm, Urmiya gölündəki ekoloji problemi həll edəcəyəm”

Möhsün Rzayi: “Prezident seçilsəm, Urmiya gölündəki ekoloji problemi həll edəcəyəm”
# 27 may 2013 08:28 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Əgər prezident seçilərəmsə, 4 il müddətində Urmiya gölündəki ekoloji problemi həll edəcəyəm”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İran prezidentliyinə namizəd Möhsün Rzayi Marağa Universitetində çıxışı zamanı bildirib.

 

O, həmçinin deyib ki, prezident seçiləcəyi təqdirdə, İran Konstitusiyasının 9 və 15-ci maddələrini də icraya qoyacaq: “Ölkədəki etnik azlıqların orta məktəblərdə və universitetlərdə ana dilində təhsil almasına və onların ədəbiyyatını inkişaf etdirmələrinə şərait yaradacağam”.

 

Qeyd edək ki, M.Rzayi 1973-cü ildə Tehranın Elm və Sənət Universitetinin “Mexanika mühəndisliyi” fakültəsində təhsil alıb. 1979-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Mərkəzi Şurasının üzvü olub və iki il müddətinə SEPAH-ın informasiya komandanı vəzifəsində çalışıb. Eyni zamanda 8 illik İran-İraq savaşında SEPAH-ın baş komandanı olub. 2009-cu ildə keçirilmiş prezident seçkilərində iştirak etsə də, yetərli səs toplaya bilməyib. O, hazırda İran Məsləhət Şurasının katibidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR