Bank Of Baku

Nazir: "Rusiya ilə Səudiyyə Ərəbistanının imzaladıqları sənəd neft bazarını sakitləşdirəcək"

Nazir: "Rusiya ilə Səudiyyə Ərəbistanının imzaladıqları sənəd neft bazarını sakitləşdirəcək"
# 05 sentyabr 2016 21:06 (UTC +04:00)

Bakı-APA. Küveyt Rusiya ilə Səudiyyə Ərəbistanı arasında imzalanan bəyanatı alqışlayır.  

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Küveytin neft naziri Anas əs-Saleh bəyan edib.

 

“İmzalanan sənəd neft bazarında sabitliyi qoruyub saxlamağa imkan verəcək. Bu sahədə davam edən dialoq neft bazarına müsbət təsir göstərəcək. Əminəm ki, bu razılaşma bazarı sakitləşdirəcək”, deyə nazir bildirib.

 

Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında sabitləşmə məqsədi ilə birgə bəyanat imzalayıblar. Bəyanatı Rusiya Energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanı Sənaye və Energetika naziri Haled ben Əbdül Əziz əl-Faleh imzalayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR