Bank Of Baku

Neft hasilatının “dondurulması”na dair görüşün vaxtı dəyişdirilib

Neft hasilatının “dondurulması”na dair görüşün vaxtı dəyişdirilib
# 15 mart 2016 03:55 (UTC +04:00)

Bakı-APA. Rusiya energetika naziri Aleksandr Novak  neft hasilatının “dondurulması”na dair görüşün aprel ayına keçirildiyini bildirib. APA-nın “RNS”-ə istinadən verdiyi xəbərə görə, nazir görüşün Qətərin paytaxtı Dohada keçiriləcəyini bildirib.   

 

“Hazırda müxtəlif tarixlər müzakirə olunur. Çox güman ki, bu görüş apreldə baş tutacaq. Lakin konkret tarix, düşünürəm ki, yaxın günlərdə razılaşdırmaq mümkün olacaq. Görüşü OPEK-in hazırkı sədri olan Qətərin paytaxtı Dohada təşkil etmək nəzərdə tutulub”, - deyə nazir bildirib.  

 

Bundan əvvəl qeyd olunan görüşün martın 20-də keçirilməsi planlaşdırılırdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR