Bakı. Real Cəfərli - APA. “Avropa İrana qarşı təzyiqi yüngülləşdirməməlidir”. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu İsrailin baş naziri Binyamin Netenyahu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşündə bildirib.
Onun sözlərinə görə, iyunun 14-də keçirilmiş prezident seçkiləri İranın xarici siyasətinin dəyişməsində təsirli olub-olmayacağı məsələsində təyinedici bir faktordur. B.Netanyahu deyib ki, İranın nüvə proqramına ara verməsi təsirli olacaq: “Belə olacağı təqdirdə, Avropanın İrana qarşı təzyiqi yüngülləşdirməsi də lazımdır”.