Bank Of Baku

Oktyabrın 17-də İraqda törədilən partlayışlarda ölənlərin sayı 61-ə çatıb

Oktyabrın 17-də İraqda törədilən partlayışlarda ölənlərin sayı 61-ə çatıb
# 18 oktyabr 2013 03:13 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 17-də İraqda törədilən partlayışlarda ölənlərin sayı 61-ə çatıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, 43 nəfərin ölümü ilə nəticələnən ən güclü partlayışlar Bağdadın müxtəlif rayonlarında baş verib. Partlayışlardan biri də Tyz-Hormato şəhərində törədilib, burada 3 nəfər ölüb. Daha bir partlayış Mosul şəhərinin şimalındakı kənddə baş verib, nəticədə 15 nəfər ölüb, azı 52 nəfər yaralanıb. Bir neçə ev tamamilə uçub. Partlayışların əksəriyyəti terrorçu-kamikadze tərəfindən törədilib. 

 

Qeyd edək ki, İraqda bu ilin əvvəlindən 6 minədək hücumların və partlayışların qurbanı olub. Yalnız sentyabr ayında bu ölkədə mindən çox insan zorakılıq nəticəsində həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR