Bank Of Baku

Ötən il İsfahan və Hörmüzqan vilayətlərində 70 nəfər edam edilib

Ötən il İsfahan və Hörmüzqan vilayətlərində 70 nəfər edam edilib
# 24 iyun 2013 12:15 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Ötən il İsfahan vilayətində 56, Hörmüzqan əyalətində isə 14 nəfər edam edilib.

 

APA-nın HRANA-ya istinadən məlumatına görə, İsfahanda məhbuslar narkotik maddələrin qaçaqmalçılığına görə dara çəkilib: “Bunlardan 54 nəfəri barəsində rəsmi açıqlama verilib. Ancaq İsfahanda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 16 məhbusun gizli şəkildə dara çəkildiyi bildirilir”.

 

Xəbərdə bildirilir ki, İsfahan vilayətində hazırda 12 məhbus edam olunacağı günü gözləyir: “Bu məhbuslar da narkotik maddələrin qaçaqmalçılığına görə ölüm hökmünə məhkum ediliblər. Hətta onlardan biri beynəlxalq qaçaqmalçıdır”.

 

Məlumatda qeyd olunur ki, Hörmüzqan vilayətində 297 nəfər edam cəzasına məhkum edilib: “Onlardan 14 nəfərinin ölüm hökmünü İran Ali Məhkəməsi təsdiqləyib və qərar icra edilib. Hazırda 200 nəfər həbsxanalarda edam olunacaqları günü gözləyirlər”.

 

Bu arada İranın Şiraz şəhərində 6 nəfərin əlinin kəsilməsi haqda qərar çıxarılıb. Hökmün yaxın günlərdə gerçəkləşəcəyi bildirilir. Eyni zamanda bir neçə ay əvvəl Şirazda bir nəfərin oğurluğa görə barmaqları kəsildiyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR