Bank Of Baku

Pakistanda 12 nəfər silahlı hücumların qurbanı olub - VİDEO

Pakistanda 12 nəfər silahlı hücumların qurbanı olub - <span style="color: red;">VİDEO
# 04 yanvar 2014 18:39 (UTC +04:00)

Bakı-APA.Bu gün Pakistanın Karaçi şəhərində baş vermiş silahlı hücumlar nəticəsində 12 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

 

Məlumata görə, şəhərin cənub-şərqində naməlum silahlı şəxs avtomobilə atəş açıb, nəticədə 3 nəfər ölüb. Daha 2 nəfər şəhərin şimalında yerləşən bazarın ərazisində qətlə yetirilib. Öldürülən şəxslərin siyasi partiyalardan birinin üzvü olduğu müəyyənləşdirilib.  

 

Bundan başqa, şəhərin Şimali Nazimabad rayonunda motosikletlərdə hərəkət edən bir qrup silahlı şəxs polis əməkdaşına hücum edib. Aldığı ağır güllə yaralarından asayiş keşikçisi hadisə yerində keçinib.

 

Şəhərin başqa rayonlarında törədilmiş silahlı hücumlar nəticəsində biri qadın olmaqla daha 4 nəfər öldürülüb.

 

Bundan əlavə, naməlum şəxslər ilahiyyət  seminariyasının 2 tələbəsini qətlə yetirib. Bu insident yerli sakinlərin qəzəbinə səbəb olub, şəhərin küçələrində etiraz aksiyaları keçirilib. Etirazçılar hücum edən şəxslərin saxlanılmasını tələb ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR