Bakı-APA. Pakistanın qərbindəki Belucistan əyalətində ekstremistlər Kvetta şəhərindən Pencab əyalətinə gedən avtobusun 13 sərnişinini qətlə yetiriblər.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, avtomat və qumbaraatanlarla silahlanmış ekstremistlər Fitr bayramı ərəfəsində Belucistan əyalətindən Pencab əyalətinə fəhlələri aparan avtobusa hücum edib. Silahlılar bütün sərnişinləri avtobusdan düşürərək qətlə yetiriblər. Terror aktına görə məsuliyyəti “Belucistan Azadlıq Ordusu” separatçı qruplaşması öz üzərinə götürüb.
Polisin məlumatına görə, qətliamı törədən terrorçular Pakistan sərhəd qoşunlarına məxsus hərbi geyimdə olublar.