APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, hadisə Pəncab əyalətinin Qucrat şəhərində baş verib.
Ehtimal olunur ki, hadisə sürücü qaz rejimini benzin rejiminə keçirərkən qığılcım yaranmasından baş verib. Nəticədə özəl məktəbə məxsus avtobus tamamilə yanıb.
Yaralılardan beşi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Avtobusdakı uşaqların yaşı 5-15 arasında dəyişir.
Avtobusun sürücüsü partlayışdan sağ qurtulub və hadisə yerindən qaçıb. Hazırda polis onun axtarışlarını davam etdirir.