Bakı. Viktoriya Dementyeva – APA. Pakistanın Karaçi şəhərində baş verən partlayış zamanı 5 nəfər ölüb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış “Avami” Milli Partiyasının millət vəkilliyinə namizədi Zahid Xanın avtomobilinin yaxınlığında baş verib. O, zərər çəkməyib. Yaralıların sayı 40-a yaxındır, onlardan bəzilərinin durumu ağırdır.
Səsvermə başladıqdan sonra Peşavər şəhərində də partlayış olub. İlkin məlumatlara əsasən 8 nəfər xəsarət alıb.
Xatırladaq ki, Pakistanda parlamentin aşağı palatasına və yerli hakimiyyət orqanlarına seçki keçirilir.