Bakı – APA. Pakistanda avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində 7 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, terror aktı Pişəvər şəhərində avtomobil təmiri sexində baş verib.
Mütəxəssislər maşında 25-30 kq partlayıcı maddənin olduğu bildirir.
Polisin versiyasına görə, partlayış terrorçuların bombanı maşına qoyduğu zaman baş verib.