Bakı-APA. Pakistan hakimiyyəti ölkənin baş naziri Navaz Şərifə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən taliblərin saxlanılması barədə bəyanat yayıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, rəsmi qurumların bəyanatında qeyd olunur ki, “Təhriki-taliban Pakistan” radikal qruplaşmasının üzvləri baş nazirin Lahor şəhərindəki evinə silahlı hücum hazırlayıb.
Navaz Şərif rəhbəri olduğu “Pakistan Müsəlman Liqası” partiyası mayda keçirilmiş parlament seçkilərində qalib gəlib. İyunun 5-i o hökumət başçısı kimi and içib.