Bank Of Baku

Pakistanın məşhur prokurorunun qətlində şübhəli bilinən şəxs həbs olunub

Pakistanın məşhur prokurorunun qətlində şübhəli bilinən şəxs həbs olunub
# 15 iyun 2013 00:36 (UTC +04:00)

Bakı-APA. Pakistanın ən məşhur prokuroru Çodri Zülfüqar Əlinin qətlində şübhəli bilinən Abdulla Ömər adlı şəxsin həbs olunduğunu bildirib.

 

APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, prokuror motosikletdə hərəkət edən qatillərin hücumu nəticəsində ölümcül yaralanıb və xəstəxanada keçinib.

 

 

Zülfüqar Əlinin qətli ölkədə parlament seçkilərinin keçirilməsinə cəmi iki həftə qalmış baş verib. Saxlanılan Abdulla Ömər xəstəxanada həbs olunub. O, hücum zamanı prokurorun cangüdənləri tərəfindən açdığı atəş nəticəsində onurğa sümüyündən güllə yarası alıb və xəstəxanaya müraciət edib.  

 

Qeyd edək ki, Çodri Zülfüqar Əli həmçinin Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun qətlinin araşdırılması ilə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR