Bank Of Baku

Pakistanla Hindistan arasında silahlı insident baş verib, 5 əsgər həlak olub - FOTO

Pakistanla Hindistan arasında silahlı insident baş verib, 5 əsgər həlak olub - <span style="color: red;">FOTO
# 06 avqust 2013 10:36 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Pakistan əsgərləri Kəşmir vilayətinin Hindistanın nəzarətində olan hissəsindəki hərbi posta hücum ediblər. APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, hücum nəticəsində 5 hindistanlı əsgər həlak olub.

 

Hindistan tərəfi olaya kəskin reaksiya verib və Pakistanla aparılan Kəşmir sülh danışıqlarına xələl yetirə biləcəyini bəyan edib. Hindistanın daxili işlər naziri Ratancit Pratap Narain Sinqh bildirib ki, əgər Pakistan Hindistanla əlaqələri yaxşılaşdırmaq istəyirsə, belə addımlardan vaz keçməlidir.

 

Qeyd edək ki, insident iki ölkə arasında Kəşmirlə bağlı sülh danışıqları ərəfəsində baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR