Bank Of Baku

Qazaxıstanda  seçki bülletenlərinin sayılmasına başlanıb

Qazaxıstanda  seçki bülletenlərinin sayılmasına başlanıb
# 20 mart 2016 16:57 (UTC +04:00)

Bakı-APA. Bu gün Qazaxıstanda keçirilən növbədənkənar parlament seçkiləri bütün ölkə ərazisində başa çatıb, seçki bülletenlərinin sayılmasına başlanıb.

 

APA-nın “Novosti-Kazaxıstan”a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Mərkəzi Seçki Komissiyasının katibi Baxıt Meldeşov bildirib.

 

Səsvermə prosesi ölkənin əksər regionlarında yerli vaxtla saat 20:00, Qərbi Qazaxıstan da daxil olmaqla, 4  qərb regionunda isə saat 21:00-da başa çatıb.

 

Səslərin sayılması prosesi 12 saat ərzində başa çatmalıdır. B. Meldeşov onu da qeyd edib ki, hələ Qazaxıstanın xarici ölkələrdəki nümayəndəliklərində yaradılan seçki məntəqələrinin əksəriyyətində hələ səsvermə başa çatmayıb, xaricdəki 65 seçki məntəqəsindən 47-də səsvermə davam edir.

 

Qeyd edək ki, saat yerli vaxtla 18:00-a seçki aktivliyi 75,16% olub. Seçkinin ilkin nəticələri yerli vaxtla saat 22:30-a açıqlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR