Bakı-APA. Qazaxıstanda ekzit-polların nəticələrinə görə parlamentə 7 faizdən çox səs toplayan üç partiya keçir.
APA-nın Tengrinews saytına istinadən verdiyi məlumata görə, ilkin nəticələrə əsasən hakim “Nur Otan” partiyası 82%, "Ak jol” demokratik partiyasi -7,22%, Kommunist partiyası isə - 7, 17% səs toplayıb.
Qeyd edək ki, martın 20-də Qazaxıstanda parlament seçkiləri keçirilib. Seçkilərdə seçicilərin 77,1%-i iştirak edib.