APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, Fələstinin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsi Əşrəf əl Kedranın məlumatına görə, İsrail ordusunun Qəzzaya endirdiyi raket zərbələri nəticəsində 12 fələstinli həlak olub, 10 nəfər yaralanıb. Daha 4 uşaq isə İsrail hərbçiləri tərəfindən Qəzza zolağının sahilində güllələnərək qətlə yetirilib.
İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı həlak olan fələstinlilərin sayı 200-ü ötüb.