Bank Of Baku

Qüdsdə İsrailin 10-cu prezidentinin andiçmə mərasimi keçiriləcək

Qüdsdə İsrailin 10-cu prezidentinin andiçmə mərasimi keçiriləcək
# 24 iyul 2014 00:10 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail ordusunun Qəzza zolağında apardığı əməliyyatla əlaqədar inauqurasiya mərasimi qısaldılmış şəkildə keçiriləcək.

 

Məlum olduğu kimi, “Likud” partiyasının lideri Reuven Rivlin iyunun 10-da İsrailin sayca 10-cu prezidenti seçilib. Knessetdə onun lehinə 119 deputatdan 63-ü səs verib.

 

Reuven Rivlin 1939-cu il, sentyabrın 9-da Qüdsdə, ziyalı ailəsində dünyaya gəlib. Qüdsün Yəhudi Universitetinin hüquq fakültəsini bitirib. Siyasi fəaliyyətə 1978-ci ildə, Qüdsün bələdiyyəsinə seçilərkən başlayıb. 1988-ci ildə Knessetə seçilib, 1988-1993-cü illərdə “Likud” partiyasının lideri olub. İkinci dəfə parlamentə 1996-cı ildə seçilən Rivlin dörd dəfə Knessetə təkrar seçilib, iki dəfə parlamentin spikeri olub.

 

Qeyd edək ki, Reuven Rivlin bundan öncə 2007-ci ildə prezident kürsüsü uğrunda mübarizədə  Şimon Peresə uduzmuşdu. İsrail prezidenti Knesset tərəfindən 7 illik müddətə seçilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR