Bank Of Baku

Ramin Mehmanpərəst və İran prezidentinin qardaşı prezidentliyə namizədliyini geri götürüb

Ramin Mehmanpərəst və İran prezidentinin qardaşı prezidentliyə namizədliyini geri götürüb
# 20 may 2013 06:48 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, R. Mehmanpərəst seçki marafonundan çəkilməsini belə əsaslandırıb: “Prezident seçkilərinə müxtəlif siyasi qrupları təmsil edən şəxslər qatılıb. Ona görə də müxtəliflik var. Bu baxımdan son seçilən namizədlər arasında şüurlu rəqabət mühitinin olması və eyni fikirdə, yolda olan namizədlərin sayının azalması üçün geri çəkilirəm”.

 

Qeyd edək ki, R. Mehmanpərəst İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsindən istefa verərək mayın 11-də prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.

 

İran prezidenti Mahmud Əhmədinejadın qardaşı Davud Əhmədinejad da namizədliyini geri götürüb. Onun hansı səbəblərdən və kimin xeyrinə geri çəkildiyi barədə məlumat verilməyib. D. Əhmədinejad İran Konstitusiyasına Nəzarət Şurasına (Şura-ye Negəhban) məktub yazaraq prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.

 

D. Əhmədinejad mayın 11-də prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib. O, əvvəllər İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) təhlükəsizlik məsələləri üzrə əməkdaşı olub, eyni zamanda qardaşının birinci prezidentliyi dövründə Prezident Ofisinin müfəttişlik idarəsinin rəhbəri işləyib. Ancaq D. Əhmədinejad 2008-ci ildə tutduğu vəzifədən istefa verib. İran mətbuatı onun qardaşı ilə aralarında yaranmış problemlərdən dolayı istefa verdiyini yazıb.

 

İran Konstitusiyasına Nəzarət Şurasının (Şura-ye Negəhban) sözçüsü Abbasəli Kətxudayi hazırda qurumun 40 namizəd üzərində ciddi araşdırma apardığını bildirib.

 

İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR