Bakı. Real Cəfərli - APA. “İranda güclü bir hökumətin qurulması üçün şəxslərin mövqeyinə fikir verilmədən onların təcrübələrindən istifadə edilməlidir”. APA-nın “İRİB”ə istinadən məlumatına görə, bunu İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani bildirib.
Onun sözlərinə görə, ölkədəki mövcud problemlərin öhdəsindən yalnız bu yolla gəlmək mümkündür: “Çünki İran təbii sərvətləri və insan potensialı baxımından zəngin bir ölkədir. Ona görə də gələcək hökumətin problemləri aradan qaldırmaq və ölkənin inkişafını davam etdirmək istiqamətində bu kimi imkanları qiymətləndirməsi lazımdır”.
H.Rəfsəncani deyib ki, xalqın hakimiyyətə dəstəyi dünya imperializminin İran əleyhinə sui-qəsdlərinin təsirsiz hala gəlməsinə yardımçı olacaq.