Bakı. Real Cəfərli – APA. İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani ABŞ-ı sərt şəkildə tənqid edib.
APA-nın İSNA-ya istinadən məlumatına görə, H.Rəfsəncani bildirib ki, ABŞ parlamenti və hökuməti İrana qarşı ikili standartlardan çıxış edir: “Bu ikiüzlü siyasət isə İran xalqı tərəfindən qəbul edilə bilməz”.
Onun sözlərinə görə, bütün siyasi məsələlərin həllində ən doğru yol məntiqdir: “Təhdid və sanksiyalar həmişə müzakirələrə kölgə salıb. Düşmənçiliklərin yalnız sakit bir mühitdə aradan qaldırılması üçün hərəkət etmək lazımdır”.