Bank Of Baku

Rəsmi Pxenyan ABŞ-a zərbələr endirməyə hazır olduğunu bəyan edib

Rəsmi Pxenyan ABŞ-a  zərbələr endirməyə hazır olduğunu bəyan edib
# 20 iyun 2016 03:45 (UTC +04:00)

Bakı-APA. Hər hansı təxribat cəhdləri baş verərsə, KXDR regionda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirəcək.

 

APA-nın məlumatına görə, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyinə Dövlət müdafiə komitəsinin nümayəndəsi bildirib. 

 

Onun sözlərinə görə, Koreya xalq ordusunun müasir raketləri ABŞ-ın Quamdakı “Anderson” hərbi-hava bazası, həmçinin regiondakı  sualtı qayıqlar bazalarına tuşlanıb.

 

Qeyd edək ki, bu günlərdə ABŞ-a məxsus “Mississippi” sualtı qayığı Cənubi Koreyanın Pusan portuna daxil olub. Bundan əlavə ABŞ-ın Quamdakı hərbi bazasında B-52 strateji bombardmançı təyyarələrin təlimi keçirilib. 

 

“Bu kimi addımlar Koreya yarımadasında nüvə müharibəsi təhlükəsini artırır”, Dövlət müdafiə komitəsinin nümayəndəsi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR