Bank Of Baku

Rusiya aviasiyası son 10 gündə Suriyada 2 mindən çox silahlını məhv edib

Rusiya aviasiyası son 10 gündə Suriyada 2 mindən çox silahlını məhv edib
# 30 sentyabr 2017 21:40 (UTC +04:00)

Rusiya aviasiyasının Suriya ərazisindəki hədəflərə endirdiyi zərbələr nəticəsində silahlılar 19-29 sentyabr tarixlərində  2359 ölü və 2700-dək yaralı olaraq təsdiqlənmiş itki verib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.  

 

Məlumata görə, məhv edilmiş terrorçular arasında 16 nəfəri komandir, 400-dən çoxu isə MDB ölkələrinin vətəndaşıdır.  

 

Rusiya aviasiyası qeyd olunan müddət ərzində terrorçulara məxsus 67 dayaq məntəqəsi, 27 tank, 21 zenit-raket qurğusu, 149 avtomobil və 51 hərbi sursat anbarı  məhv edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR