Bank Of Baku

Rusiya prezidentinin köməkçisi: “İran və Rusiya prezidentləri arasında görüş sentyabrda Bişkekdə keçiriləcək”

Rusiya prezidentinin köməkçisi: “İran və Rusiya prezidentləri arasında görüş sentyabrda Bişkekdə keçiriləcək”
# 10 avqust 2013 13:15 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. Rəsmi Kreml İran və Rusiya prezidentləri arasında gələn ay görüş keçirilməsi barədə razılıq verib. APA-nın “Press TV”yə istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasında bildirilib.

Onun sözlərinə görə, Vladimir Putinlə Həsən Ruhani arasında görüşün Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil ediləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderlərinin zirvəsinin toplantısı çərçivəsində keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, ŞƏT liderlərinin zirvəsinin toplantısı bu il sentyabrın 13-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR