Bank Of Baku

Rusiya Suriyada atəşkəsin pozulmasına dair məlumatları ABŞ-a təqdim edib

Rusiya Suriyada atəşkəsin pozulmasına dair məlumatları ABŞ-a təqdim edib
# 01 mart 2016 02:00 (UTC +04:00)

Bakı-APA. Rusiya Suriyada atəşkəsin pozulmasına dair məlumatları ABŞ-ın İordaniyanın paytaxtı Ammandakı Barışdırma Mərkəzinə təqdim edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Suriyadakı Barışdırma Mərkəzinin rəisi general-leytenant Sergey Kuralenko bildirib.

 

“Suriyada atəşkəsin pozulmasına dair bizdə olan bütün məlumatlar  ABŞ-ın  Ammandakı Barışdırma Mərkəzinə təqdim edilib”, - deyə Kuralenko bildirib.

 

Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib. 

 

Atəşkəs rejimi “Cəbhə ən-Nüsrə”,  İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR