Bank Of Baku

Rusiya və ABŞ arasında Suriyada anlaşmaya dair videokonfrans keçirilib

Rusiya və ABŞ arasında Suriyada anlaşmaya dair videokonfrans keçirilib
# 01 mart 2016 03:28 (UTC +04:00)

Bakı-APA. ABŞ və Rusiya hərbçiləri arasında  Suriyada uçuşların təhlükəsizliyi sahəsində  anlaşma memorandumuna dair videokonfrans keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.    

 

“Müdafiə nazirinin müavininin vəzifəsini icra edən Elissa Slotkinin və Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma və Siyasət İdarəsinin rəhbəri general-leytenant Kennet Makkenzinin rəhbərlik etdiyi  ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti rusiyalı həmkarlarla Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinə dair anlaşma memorandumun davam edən icrası ilə bağlı  videokonfrans keçiriblər”, - deyə Kuk bildirib.   

 

Onun sözlərinə görə, tərəflər antiterror koalisiya qüvvələrinin əməliyyat təhlükəsizliyinin artırılması üzrə tədbirləri və təsadüfi baş verə biləcək insidentlərin qarşısının alınması üzrə mümkün vasitələri  müzakirə ediblər.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR