Moskva. Fərid Əkbərov – APA. Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, Vladimir Putin və Həsən Ruhani telefon danışığı zamanı Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
Onlar Rusiya və İranın Suriya münaqişəsinin nizamlanması istiqamətində birgə fəaliyyətin, o cümlədən İŞİD, “Ən-Nüsra” və digər terrorçu qruplaşmalara qarşı mübarizənin davam etdirilməsinin vacibliyini qeyd ediblər.