Rusiya və Yaponiya sülh sazişini müzakirə edəcəklər

Rusiya və Yaponiya sülh sazişini müzakirə edəcəklər
# 17 iyun 2016 05:40 (UTC +04:00)

Bakı-APA. Rusiya və Yaponiyanın rəsmi şəxsləri iyunun 22-də Tokioda iki ölkə arasında sülh sazişinin problemlərinə dair danışıqlar aparmaq niyyətindədirlər.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın XİN rəhbəri Fumio Kisida bildirib.

“Mən perspektivli və məhsuldar danışıqların aparılacağına ümid edirəm”, - deyə Kisida bildirib.

Onun sözlərinə görə, görüşdə Yaponiya hökumətinin Rusiya ilə danışıqlarda xüsusi nümayəndəsi Tikahiro Harada və Rusiya XİN rəhbərinin müavini İqor Morqulov iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR